Binar@: Azərbaycanın regionlarında yaşayan qadınlara informasiya texnologiyaları sahəsində müxtəlif təlimlər verən, onların bilik və bacarıqlarını əhəmiyyətli dərəcədə artıran yeni layihədir. Azərbaycanlı xanımlar əldə etdiyi yeni biliklərlə rəqəmsal dünyanın fəal iştirakçısına çevirilərək rəqabətədavamlı mütəxəssis olacaqlar.

İnnovasiyalar Agentliyinin yeni layihəsi olan Binar@ qadınların iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına və ölkədə gender bərabərliyinin təmin olunmasına töhfə verəcək.

Layihə: Mingəçevir şəhərində yaşayan, yaş həddi 18-55 arası bütün xanımlar üçün nəzərdə tutulur.

Mövzu: Rəqəmsal Marketinq

Tarix: Təlim 3 ay nəzərdə tutulmaqla 2021-ci ilin sentyabr - dekabr aylarında Mingəçevir şəhərində keçiriləcək.

Son müraciət tarixi - 10 sentyabr 2021-ci il